“Azeri Light”ın qiyməti 86 dolları ötdü
- 3-03-2023, 13:51
- İqtisadiyyat
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti yüksəlməkdə davam edir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,59 ABŞ dolları və ya 1,9% artaraq 86,71 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.