Bolqarıstan təbii qazın həcminin artırılması ilə bağlı Azərbaycanla danışıqlara başlayacaq
- 12-01-2023, 11:40
- İqtisadiyyat
Bolqarıstan təbii qazın həcminin artırılması ilə bağlı Azərbaycanla danışıqlara başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Rosen Xristov ölkə parlamentindəki iclasda bildirib.
O vurğulayıb ki, Bolqarıstan Rumıniya ilə də 2026-cı ildən sonrakı qaz tədarükü ilə danışıqlara hazırlaşır.
Qeyd edək ki, ölkə parlamentində Enerji Komitəsi Bərpa Planına yenidən baxılması müzakirə olunur.
Parlamentin Energetika komitəsinin üzvləri qərara alıblar ki, Nazirlər Şurasına yeni nüvə potensialının razılaşdırılması, yanacağın yüksək qiymətlərini kompensasiya etmək üçün sistemin tətbiqi, bərpa və davamlılıq planına yenidən baxılması tapşırılsın.