Separatçı rejim süni bahalaşma, qıtlıq və ərzaq çatışmazlığı ilə üzləşib
- 27-03-2022, 19:26
- İqtisadiyyat / Manset
Xocavənd və Əsgəran yaşayış məntəqələri ərazisində separatçı rejim süni bahalaşma, qıtlıq və ərzaq çatışmazlığı ilə yerli əhaliyə divan tutur.
“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, son günlər ərzaq məhsullarının kəskin bahalaşması əhali arasında haqlı narazılığa səbəb olub.
O da bildirilir ki, ticarət obyeklərində müşahidə olunan qida məhsulları qıtlığı qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Bir neçə gündür ki, bəzi məntəqələrdə tütün məmulatlarının tükəndiyi də deyilir.
Yerli sakinləri hiddətləndirən odur ki, erməni silahlı dəstələrinin fəaliyyətinin təşkil edilməsinə, təminatına, təhcizatına, silah-sursat alınmasına pul tapıldığı halda ərzaq təminatında problemlər yaranır.
Eyni zamanda Xocavənd rayonu ərazisində mobil rabitə şəbəkəsinin işində yaranmış problemlər də yerli sakinlər arasında təşvişə səbəb olub.