Главная > İdman > "Qarabağ" "sülhə" razılaşdı

"Qarabağ" "sülhə" razılaşdı


29-11-2020, 15:59. Разместил: azadses
Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Sabah"la heç-heçə edib - 1:1.
 
Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 54-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub. Dörd dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. Oyunun 85-ci dəqiqəsində isə Sezar Meza Kolli tarazlığı bərpa edib. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran "Keşlə" 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub.
 
Qeyd edək ki, turun ilk oyununda "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib. Bu günün ikinci matçında "Qarabağ" "Səbail"in qonağı olacaq.
 
Tura sabah keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Вернуться назад