Главная > İdman > "Sivasspor" "Qarabağ"la matçda qapıçılar üçün futbolçu forması hazırlayıb

"Sivasspor" "Qarabağ"la matçda qapıçılar üçün futbolçu forması hazırlayıb


27-11-2020, 08:26. Разместил: azadses
"Komandamla qürur duyuram. Matça daxil olma ehtimalına qarşı qapıçılarımıza da futbolçu forması düzəltmişdik".
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra "BeIN Sports"a açıqlamasında deyib.
57 yaşlı mütəxəssis bildirib ki, qapıçılar Ali Şaşal və Mamadu Samassaya futbolçu forması hazırlayıblar. "İsak Kofieni oyuna daxil etdikdən sonra ehtiyatda heç kim qalmadı. Ehtiyac olacağı təqdirdə qapıçıları da meydana buraxa bilərdik".

Вернуться назад