Главная > İdman > UEFA Millətlər Liqasında V tura start veriləcək
UEFA Millətlər Liqasında V tura start veriləcək14-11-2020, 08:51. Разместил: azadses |
Bu gün UEFA Millətlər Liqasında V tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə A,C və D Liqalarında 9 qarşılaşma keçiriləcək. A Liqasının 3-cü qrupunun liderlərindən Portuqaliya Fransanı qəbul edəcək. Sona iki tur qalmış hər iki komandanın 10 xalı var. Qrupun digər görüşündə İsveç Xorvatiyanı qəbul edəcək. 4-cü qrupda Almaniya Ukrayna ilə, İsveçrə isə İspaniya ilə qarşılaşacaq. Burada demək olar ki, İsveçrədən başqa digər komandaların qrup qalibi olması realdır. D Liqasında Farer adaları səfərdə Latviyanı məğlub edəcəyi təqdirdə C Liqasına vəsiqəni təmin edəcək. 1-ci qrupda Malta - Andorra görüşü də baş tutacaq. UEFA Millətlər Liqası V tur A liqası 3-cü qrup 23:45. Portuqaliya - Fransa 23:45. İsveç - Xorvatiya Xal durumu: Portuqaliya - 10, Fransa - 10, Xorvatiya - 3, İsveç - 0. 4-cü qrup 23:45. Almaniya - Ukrayna 23:45. İsveçrə - İspaniya Xal durumu: İspaniya - 7, Almaniya - 6, Ukrayna - 6, İsveçrə - 2 C Liqası 1-ci qrup 21:00. Azərbaycan - Monteneqro 21: Kipr - Lüksemburq Xal durumu: Lüksemburq - 9, Monteneqro - 9, Azərbaycan - 4, Kipr - 1. D Liqası 1-ci qrup 18:00. Malta - Andorra 21:00. Latviya - Farer adaları Xal durumu: Farer adaları - 10, Malta - 5, Latviya - 3, Andorra - 2. 2-ci qrup 18:00. San Marino - Cəbəllütariq Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 4, San Marino - 1. Вернуться назад |