Главная > İdman > "Qalatasaray"ın futbolçusunda koronavirus aşkarlandı

"Qalatasaray"ın futbolçusunda koronavirus aşkarlandı


13-11-2020, 14:57. Разместил: azadses
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu koronavirusa yoluxub.
''Report'' İstanbul təmsilçisinin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, adı açıqlanmayan oyunçu öz ölkəsinin yığmasında testdən keçib. Testin nəticəsi müsbət olub.
Klub həmin futbolçu ilə bağlı bütün lazımi tədbirləri gördüyünü vurğulayıb.
Qeyd edək ki, "Qalatasaray"dan Konqo DR yığmasına Kristian Luyindama və Norveç millisinə Omar Elabdulayi çağırılıb. Koronavirusa məhz bu iki futbolçudan biri yoluxub. .

Вернуться назад