Главная > İdman > "Neftçi"nin hücumçusunda hərəkət pozuntuları ortaya çıxıb

"Neftçi"nin hücumçusunda hərəkət pozuntuları ortaya çıxıb


13-11-2020, 13:23. Разместил: azadses
"Neftçi"nin futbolçusu Stiven Monrozun uzunmüddətli zədəsinin səbəbi müəyyənləşib.
Komandanın baş həkimi Şaiq Zöhrablının ''Report''a verdiyi məlumata görə, fransalı hücumçunun onurğasındakı problem bərpa prosesinin uzanmasına gətirib çıxarıb.
Zöhrablı bildirib ki, son zədənin ardından 30 yaşlı oyunçuda hərəkət pozğunluğu üzə çıxıb: "Monroz 5 il öncə onurğa sütununda hissəvi diskin xaric olunması və tunelizasiya əməliyyatı keçirib. Son zədə zamanı həmin nahiyədə yenidən protuziya əmələ gəlib. Eyni zamanda, S1 səviyyəsində sol sinir kökcüyünün blokadası müşahidə olunduğuna və residiv sayıldığına görə müalicə müddəti daha çox uzanıb. Həm də futbolçuda hərəkət pozğunluqları ortaya çıxmışdı. Uzunmüddətli prosedurlar və müalicə tədbirlərindən sonra hazırkı vəziyyəti qənaətbəxşdir".
Baş həkim forvardın meydana qayıdacağı tarixi də açıqlayıb: "Monroz təqribən 1 həftə - 10 gündən sonra fərdi məşqlərə başlayacaq. Hazırda fizioterapevtik prosedurlar həyata keçirilir. Ağrıları, demək olar ki, yoxdur, müalicəsi davam edir. 2-3 həftə sonra isə komanda ilə birgə hazırlıqda iştirak edə biləcək".
Zöhrablı zədəsini sağaldan qapıçı Səlahət Ağayevin artıq komanda ilə birlikdə məşqlərə başladığını da söyləyib.
Qeyd edək ki, Stiven Monroz son olaraq Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.

Вернуться назад