Главная > İdman > “Lion” qalib gəlib, Tuluzada 7 qol vurulub
“Lion” qalib gəlib, Tuluzada 7 qol vurulub12-01-2020, 00:27. Разместил: azadses |
Fransa Liqa1-də XX tur davam edir. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma baş tutub. “Lion” səfərdə “Bordo” üzərində əzmkar qələbə qazanıb. “Amyen” də üstünlüyü əldən verərək “Monpelye”yə uduzub. “Anje” – “Nitsa” görüşündə komandalar 1 qolla 1 xal qazanıblar. “Strasburq”u qəbul edən “Mets”ə isə qələbə üçün bir top da yetərli olub. Ən məhsuldar oyun Tuluzada keçirilib. 7 qolun vurulduğu matçda eyniadlı komanda “Brest”ə uduzub. “Nim” isə hər hissədə bir qol vurmaqla “Reyms”i üstələyib. Qeyd edək ki, tura yanvarın 12-də yekun vurulacaq. Fransa Liqa1 XX tur 11 yanvar “Bordo” – “Lion” – 1:2 Briand, 19 – Kornet, Dembele, 53 “Amyen” – “Monpelye” – 1:2 Dibassi, 14 – Laborde, 50, Delort, 83 “Anje” – “Nitsa” – 1:1 Tiub, 37 – Kiprien, 45 (pen.) “Mets” – “Strasburq” – 1:0 Boye, 68 “Tuluza” – “Brest” – 2:5 Diakite, 16, 21 – Kurt, 7, Şarbonye, 72, 77, Mbok, 79, Kardona, 85 “Nim” – “Reyms” – 2:0 Ripar, 15, Behrahu, 90 Вернуться назад |