Главная > İdman > Messiyə əvvəlki maaşından imtina etmək təklif olunub

Messiyə əvvəlki maaşından imtina etmək təklif olunub


7-11-2020, 08:16. Разместил: azadses
"Barselona" futbol klubunun prezidentliyinə namizədi Antoni Freyksa komandanın kapitanı Lionel Messi ilə yeni müqavilənin detallarını açıqlayıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, onun sözlərini "El Curubito YouTube" kanalı sitat gətirib.
Freyskanın sözlərinə görə, "göy-qırmızılar" Messi ilə yeni müqaviləni imzalayarkən ona əvvəlki maaşını təklif edə bilməyəcəklər. Beləliklə, argentinalı maliyyə itkiləri ilə üzləşməyə məcbur olacaq.
"Biz Messini əmin etməyəcəyik. Məqsədimiz hər tərəfin, yənı "Barselona"nın və Messinin prioritetlərini müəyyənləşdirməkdir", - o, qeyd edib.
Xatırladaq ki, Antoni Freyksa Xosep Bartolomeunun gedişindən sonra Kataloniya klubunun prezidentliyinə namizəd olub. //Report


Вернуться назад