Главная > İdman > Bədavi Hüseynov "Qarabağ"ın 700-cü ev qolunun müəllifi olub

Bədavi Hüseynov "Qarabağ"ın 700-cü ev qolunun müəllifi olub


2-11-2020, 10:23. Разместил: azadses
“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub.
''Report'' Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna Bədavi Hüseynov imza atıb. Təcrübəli müdafiəçi Premyer Liqanın VIII turunun “Keşlə” ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub.
Bu qarşılaşmayadək hesabında 698 top olan “Qarabağ” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.
Qeyd edək ki, Ağdam təmsilçisinin ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad “İnşaatçı”sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixində ilk qolun müəllifi olub.

Вернуться назад