Главная > İdman > Makqreqor yeni rəqibinin adını açıqladı

Makqreqor yeni rəqibinin adını açıqladı


7-01-2020, 14:52. Разместил: azadses
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor amerikalı Donald Serrone ilə döyüşdən sonra həmyerlisi Castin Getji ilə döyüşəcəyini istisna etmir. 
Lenta.ru-nun məlumatına görə, irlandiyalının sözlərini “MMA Fighting” yayımlayıb.
“Bu adam siyahıdadır. O, növbəti rəqib ola bilər. Çünki buna layiqdir”, - deyə 31 yaşlı irlandiyalı vurğulayıb.
Eyni zamanda, Makqreqor digər döyüşçülərin çağırışlarına az cavab verməyə başladığını etiraf edib:
“Mən hörmətsizliyə reaksiya verirdim. Artıq bu keçmişdə qalıb: diqqəti ancaq özümə cəmləşdirmişəm”.
Qeyd edək ki, UFC-nin rəhbəri Deyna Uayt irlandiyalının 2020-ci ildə üç döyüş keçirməyi planlaşdırdığını deyib: Serrone ilə döyüşdən əlavə, Makqreqor rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Xorxe Masvidal ilə döyüşləri nəzərdə tutub.
2019-cu ilin dekabr ayında Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz Makqreqorun kifayət qədər güclü bir rəqib seçmədiyi ilə bağlı fikirlərini bildirmişdi. O, irlandiyalının Getjiyə qarşı döyüşməli olduğunu qeyd etmişdi.


Вернуться назад