Главная > İdman > AFFA-nın müraciətindən sonra erməni futbolçuya xəbərdarlıq edildi

AFFA-nın müraciətindən sonra erməni futbolçuya xəbərdarlıq edildi


30-10-2020, 12:32. Разместил: azadses
Slovakiya Super Liqasının keçirilmiş MŠK ŽILINA – FC DAC 1904 DUNAJSKÁ STREDA oyununda MŠK ŽILINA komandasının futbolçusu Vahan Bichakhchyan qol sevinci zamanı oyun geyiminin altındakı futbolkanın üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirib.
''Report''-un məlumatına görə, məsələ ilə bağlı AFFA tərəfindən Slovakiya Futbol Assosiasiyasına məktub ünvanlanıb, mövcud qaydalara əsasən futbol oyunları zamanı hər hansı siyasi şüarların səsləndirilməsi və ya nümayişinin qadağan olunduğu qeyd edilib.
Bu gün Slovakiya Futbol Assosiasiyası tərəfindən AFFA müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə Slovakiya Futbol Assosiasiyasının İntizam Komitəsi tərəfindən baxılıb və futbolçu Vahan Bichakhchyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq edilib.
Xatırladaq ki, UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət etmiş, UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silmişdi.

Вернуться назад