Главная > İdman / Manset > Tofiq Musayev və rəqibi sınmış əllə döyüşüb - AÇIQLAMA

Tofiq Musayev və rəqibi sınmış əllə döyüşüb - AÇIQLAMA


2-01-2020, 15:15. Разместил: azadses
Sonuncu döyüşüm çətin keçdi. Rəqibim də zəif deyildi, dünya reytinqində 12-ci yerdə gedir. Şükürlər olsun ki, məqsədimizə nail olduq. Baxmayaraq ki, yarımfinalda zədə almışdım. Amma nəyin bahasına olur-olsun, qələbə qazanmalıydım və buna nail oldum. Gələcək planlarımı məşqçimlə məsləhətləşdikdən sonra verəcəyəm. 
Azadsəs Oxu.Az-a istinadən xəbər verir ki, bunu yüngül çəkidə “Rizin” Döyüş Federasiyasının keçirdiyi Qran-Prinin qalibi olan azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev deyib. 
O bildirib ki, Yaponiyada keçirdiyi bütün görüşlər çətin olub: “Qran-Pridə mənə düşən rəqiblər – Daron Kruikşank, Damyen Braun, Coni Keys, “Pitbull” çox güclü idi. Onlar dünyada öz sözünü demiş idmançılardır. Düzgün rejim, düzgün məşq onlar üzərində qələbəmdə öz bəhrəsini verdi.Ümumiyyətlə, istəmərəm ki, zəif rəqiblə döyüşüm. Bacardığım qədər dünya reytinqində güclü idmançılarla gücümü yoxlamaq istəyirəm. Mənim ardıcıl qələbələrimin əsas səbəbkarı məşqçim Ruslan Əfəndiyevdir”. 
Tofiq Musayev yarımfinalda amerikalı idmançı Coni Keyslə görüşdə sağ əlinin sındığını bildirib.
Bununla belə, o, braziliyalı Patriki Freyri ilə final görüşünə çıxdığını söyləyib: “Əlim sınsa da, döyüşü davam etdirmək istədik. Çünki bayaq dediyim kimi məqsədimiz vardı. Ona çatmaq lazım idi. Döyüşdən sonra rinqdə dediyim kimi, bu qələbəmizi komanda olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev cənablarına həsr edirik. Çünki dekabrın 24-ü onun ad günü idi. Həmçinin Yaponiya publikasına öz təşəkkürümü bildirirəm. Bu ölkə mənim üçün çox doğmadır. Yapon millətini çox sevirəm. Çünki onların isti münasibəti mənə çox motivasiya verdi. Ardıcıl döyüşdüyümə görə, müəyyən bir vaxt ara vermək istəyirəm. Müəyyən vaxtdan – zədələrimi aradan qaldırdıqdan sonra çempionluq kəmərimi müdafiə etməkdə problem yoxdur”. Yeri gəlmişkən, onun finalda məğlub etdiyi “Pitbull” da həlledici görüşdə sağ əli sınıqlı mübarizə aparıb. Bu barədə braziliyalı döyüşçünün məşqçisi Erik Albarasin deyib: “Camaat bilmir... Patrikinin əli ilk döyüşdə – yarımfinalda qırıldı. Biz onun yara bandını açmağa əmin deyildik.
Çünki açsaq, əl şişə bilərdi. Ona görə də döyüşə sarıqlı çıxdı və qırıq əllə döyüşdü. Bununla da o, rəqib üçün bütün kartlarını açıb ortaya qoymuş oldu”. 
Məşqçi onu da bildirib ki, Patriki özündən bir yaş kiçik qardaşı, “Bellator” çempionu Patrisiu kimi nə vaxtsa qalib olacaq: “Mən düşünürdüm ki, biz qalib gəldik. Elə bilirdim ki, onun əli qaldırılacaq. Ancaq heç vaxt taleyini hakimlərin qərarına saxlamaq olmaz... Tofiq yaxşı döyüşdü. O, qələbə üçün nə lazımdırsa, etdi. Ancaq heç nə bitməyib. 2019-cu il başa çata bilər. Bu isə bizim sonumuz demək deyil. Patriki “Pitbull” bir gün dünya çempionu olacaq”. Qeyd edək ki, Tofiq Musayev bu qələbəyə görə 15 milyon yen (təxminən 233 min manat) qazanıb.

Вернуться назад