Главная > İdman > “Fənərbaxça”dan daha bir transfer

“Fənərbaxça”dan daha bir transfer


20-09-2020, 14:53. Разместил: azadses
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
''Azad Səs'' "Qafqazinfo"-ya istinadən xəbər verir ki, İstanbul klubu “Antalyaspor”un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib.
Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb. 
Qeyd edək ki, Almaniyada anadan olan futbolçunun transferi “Fənərbaxça”ya 1 milyon 750 min avroya başa gəlib. İstanbul klubu hətta öz oyunçularından da birini “Antalyaspor”a verməlidir.
Nazim Sanqare daha öncə “Allemaniya”, “Fortuna”, “Osnabryuk” kimi klublarda da forma geyinib.



Вернуться назад