Главная > İdman > 'Qalatasaray' sürpriz transferə hazırlaşır

'Qalatasaray' sürpriz transferə hazırlaşır


20-09-2020, 10:59. Разместил: azadses
"Aslanlar" Türkiyə liqası və Avropa liqasındakı uğurlu gedişatdan sonra komandanı gücləndirməyə hazırlaşır.
''Azad Səs'' Offsideplus.az-a istinadən xəbər verir ki,artıq Fatih Terim bir neçə oyunçunun alınması ilə bağlı klub rəhbərlərinə öz göstərişlərini verib.Okay Yokuşlu və İdrissi Dumbia transferlərində istədiyi nəticəni ala bilməyən "Sarı-qırmızılı" klubun sürpriz yeni transfer hədəfi bəlli olub.
Məlumata görə, "Qalatasaray" keçən mövsüm "Kayserispor" forması ilə liqada diqqətləri cəlb edən Həsən Hüseyin Acarı transfer etməyə hazırlaşır.Klub futbolçunun müqabilində "Kayserispor"a müəyyən məbləğdə pul və 2 oyunçu təklif edəcəyi gözlənilir.Hələki rəsmi olaraq təklif göndərilməyib.


Вернуться назад