Главная > İdman > "Neftçi" "Qalatasaray"a qarşı - SAATLAR QALDI

"Neftçi" "Qalatasaray"a qarşı - SAATLAR QALDI


17-09-2020, 09:25. Разместил: azadses
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
''Azad Səs'' AZSABAH.COM-a istinadən xəbər verir ki, təmsilçimiz "Neftçi" turnirdə növbəti oyununu Türkiyə nəhəngi "Qalatasaray"a qarşı keçirəcək.
Bakı Olimpiya Stadionundakı görüş saat 20:00-da start başlayacaq.
17 sentyabr
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə) 
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu
Birinci mərhələdə Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırmış "ağ-qaralar" İstanbul təmsilçisini də keçəcəyi təqdirdə növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Вернуться назад