Главная > İdman > "Qalatasaray" Bakıya 20 futbolçu ilə gəlir

"Qalatasaray" Bakıya 20 futbolçu ilə gəlir


16-09-2020, 10:08. Разместил: azadses
Türkiyənin "Qalatasaray" komandasının Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi oyun üçün Bakıya gələn heyəti açıqlayıb. 
"Report" İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim siyahıya 20 oyunçu daxil edib.
2013-cü il aprelin 29-da İspaniya "Atletiko"sunun tərkibində "Bakı" klubunun dəvəti əsasında Azərbaycan paytaxtına səfər etmiş Arda Turan və Radamel Falkao da heyətdə yer alıb. Əvəzində UEFA-ya sifariş olunan 23 oyunçudan ibarət siyahıdan Oqenekaro Etebo, Yunus Akgün və Ali Yavuz Kol çıxarılıb. 
45 nəfərdən ibarət nümayəndə heyəti bu gün Bakı vaxtı ilə saat 12:00-da İstanbuldan çarter reysli təyyarə ilə yola düşəcək. Saat 18:00-da Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. 
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq. 


Вернуться назад