Главная > İdman > "Real" "Mançester Siti"nin ulduzunu transfer edir

"Real" "Mançester Siti"nin ulduzunu transfer edir


13-09-2020, 13:07. Разместил: azadses
Madrid "Real"ı heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
''Azad Səs'' Offsideplus.az-a istinadən xəbər verir ki, paytaxt klubu "Mançester Siti"dən Riyad Mahrezi heyətinə qatmaq istəyir. "Kral klubu" rəhbərliyi hazırda əlcəzairli futbolçunun meneceri ilə danışıqlar aparır. Futbolçunun özü də La Liqa nəhənginə keçmək niyyətindədir.
Məlumata görə, "Real" 29 yaşlı vinger üçün qarşı tərəfə 100 milyon avro civarında təklif yollamağa hazırlaşır.
Qeyd edək ki, Riyad Mahrez "Mançester Siti"yə 2018-ci ildə "Lester"dən 67,8 milyon avroya transfer edilib.

Вернуться назад