Главная > İdman > Türkiyə klubunun adı dəyişdirildi
Türkiyə klubunun adı dəyişdirildi9-09-2020, 12:53. Разместил: azadses |
Türkiyənin “Osmanlıspor” klubunun adı dəyişdirilib. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sözügedən klub bundan sonra “Ankaraspor” adlandırılacaq. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, klub artıq yeni adını və loqosunu TFF-yə təqdim edib. Bu üzdən də sözügedən komanda yeni mövsümdən TFF 1-ci Liqada məhz “Ankaraspor” adı ilə mübarizə aparacaq. Qeyd edək ki, Ankara təmsilçisi əvvəllər məhz “Ankaraspor” adı ilə mübarizə aparsa da, 2014-cü ildə adını və loqosunu dəyişərək “Osmanlıspor” adlandırılmışdı. Klub 1978-ci ildən fəaliyyətdədir. Вернуться назад |