Главная > İdman > Millətlər Liqası: Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq
Millətlər Liqası: Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq8-09-2020, 07:58. Разместил: azadses |
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq. "Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək. C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub. Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb. UEFA Millətlər Liqası C liqası, I qrup 8 sentyabr 22:45. Kipr - Azərbaycan Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka Nikosiya. GSP stadionu Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq. Вернуться назад |