Главная > İdman > “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi - FOTO

“Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi - FOTO


5-09-2020, 16:32. Разместил: azadses
“Qalatasaray”ın seneqallı futbolçusu Mbay Dian ötən gecə qız dostları ilə birlikdə İstinye Park adlanan yerdə kameraların obyektivinə tuş gəlib.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Jurnalistləri görən Mbay Dian ticarət mərkəzinin mühafizəçilərinə onları uzaqlaşdırmağı tapşırıb. Jurnalistlər ticarət mərkəzindən uzaqlaşdırılarkən seneqallı futbolçu onları söyüşlə təhqir edib.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.Oxu.az


Вернуться назад