Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
''Azad Səs'' Offsideplus.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “Qarabağ”ın rəqibi müəyyənləşib.
Səpələnmişlər səbətində yer alan “Qarabağ” “Molde” (Norveç) klubu ilə qarşılaşacaq.
"Qarabağ" əvvəlki mərhələlərdə “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq.