Главная > İdman > Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşir
Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşir31-08-2020, 08:01. Разместил: azadses |
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Püşkatma nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. İlk 2 mərhələdə Şimali Makedoniyanın "Sileks" (4:0) və Moldovanın "Şerif" (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası yenə səpələnmişlər səbətində yer alacaq. Bu isə Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin rəqibinin daha aşağı reytinqlilərdən ibarət səpələnməmişlər səbətindən çıxacağı anlamını verir. Potensial rəqiblər isə Norveçin "Mölde", Danimarkanın "Midtüllann", Macarıstanın "Ferentsvaroş", Kiprin "Omoniya" və Belarusun "Dinamo" (Brest) komandalarıdır. Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq. 31 avqust Püşkatma mərasimi Çempionlar Liqası III təsnifat mərhələsi Çempionlar Yolu Səpələnmişlər “Dinamo” (Xorvatiya) “Yanq Boyz” (İsveçrə) “Srvena Zvezda” (Serbiya) “QARABAĞ” (AZƏRBAYCAN) “Makkabi” (Təl-Əviv, İsrail) Səpələnməmişlər “Mölde” (Norveç) “Midtüllann” (Danimarka) “Ferentsvaroş” (Macarıstan) “Omoniya” (Kipr) “Dinamo” (Brest, Belarus) Liqa Yolu Səpələnmişlər “Benfika” (Portuqaliya) “Dinamo” (Kiyev, Ukrayna) “Gent” (Belçika) Səpələnməmişlər “Rapid” (Vyana, Avstriya) PAOK (Yunanıstan) AZ (Alkmaar, Niderland) Вернуться назад |