Главная > İdman > Çempionlar Liqası: "Qarabağ" Moldova çempionunu qəbul edir
Çempionlar Liqası: "Qarabağ" Moldova çempionunu qəbul edir26-08-2020, 07:50. Разместил: azadses |
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, Ağdam klubu II təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək matçı ukraynalı FIFA referisi Mikola Balakin idarə edəcək. Bu, komandaların avrokuboklarda 5-ci dueli olacaq. Daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasında, 2018/2019 mövsümündə isə Avropa Liqasında Tiraspol təmsilçisi ilə üz-üzə gəlmiş Azərbaycan çempionu hər iki halda rəqibini məğlub edərək növbəti mərhələyə adlayıb. Cütün qalibi yoluna ÇL-in III təsnifat mərhələsində davam edəcək. Məğlub olan tərəf isə Avropa Liqasının III raundunda mübarizə aparacaq. Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib. UEFA Çempionlar Liqası II təsnifat mərhələsi 26 avqust 20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu Вернуться назад |