Главная > İdman > Çempionlar Liqası: Liqa mərhələsinin ən yaxşı qolu açıqlanıb

Çempionlar Liqası: Liqa mərhələsinin ən yaxşı qolu açıqlanıb


Bu gün, 11:19. Разместил: azadses
Çempionlar Liqasının Liqa mərhələsində vurulmuş ən yaxşı qol bəlli olub.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən, İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniorun dəqiq zərbəsi ən yaxşı seçilib.

Braziliyalı oyunçunun VII turda Avstriyanın “Zaltsburq” komandasına 77-ci dəqiqədə vurduğu qol fərqləndirilib.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə fevralın 11-də start veriləcək.


Вернуться назад