Главная > İdman > Çimərlik voleybolu üzrə Azərbaycan millisi Misirə yollanıb
Çimərlik voleybolu üzrə Azərbaycan millisi Misirə yollanıbBu gün, 09:42. Разместил: azadses |
Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin Hurqa şəhərinə yollanıb. Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yığma sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi fevralın 28-dək davam edəcək. Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirinə də qatılacaq. Вернуться назад |