Главная > İdman > İngiltərə Liqa kuboku: "Nyukasl" "Arsenal" məğlub edərək finala yüksəlib
İngiltərə Liqa kuboku: "Nyukasl" "Arsenal" məğlub edərək finala yüksəlibBu gün, 12:11. Разместил: azadses |
"Nyukasl" İngiltərə Liqa kubokunun yarımfinalının cavab oyununda London "Arsenal"ını öz meydanında 2:0 hesabı ilə məğlub edərək turnirin finalına çıxıb. "Report"un məlumatına görə, meydan sahiblərinin heyətində Ceykob Merfi (19-cu dəqiqə) və Entoni Qordon (52) fərqləniblər. İlk oyun da "Nyukasl"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Nyukasl" finalda “Liverpul” və “Tottenhem” arasındakı qarşılaşmanın qalibi ilə oynayacaq. İlk görüş "Tottenhem"in öz meydanında qələbəsi ilə başa çatıb - 1:0. Cavab oyunu cümə axşamı keçiriləcək. Qeyd edək ki, final oyunu martın 16-da Londonun "Uembli" stadionunda keçiriləcək. Вернуться назад |