Главная > İdman > “Liverpul”un yarımmüdafiəçisi klubu tərk edəcəyinə dair yayılmış şayiələrə aydınlıq gətirib

“Liverpul”un yarımmüdafiəçisi klubu tərk edəcəyinə dair yayılmış şayiələrə aydınlıq gətirib


Dünən, 13:08. Разместил: azadses
“Liverpul”un hücumameyilli yarımmüdafiəçisi Harvi Elliot yay "transfer pəncərəsi"ndə klubu tərk edəcəyinə dair yayılmış şayiələrə aydınlıq gətirib.

“Report” xəbər verir ki, bu barədə 21 yaşlı futbolçu “Daily Mail”in idman müxbiri Lyuis Stilin müvafiq sualını cavablandırarkən danışıb.

“Liverpul” mənim klubum, komandamdır. Burada öz yerim, mövqeyim uğrunda mübarizə aparmaq istəyirəm”, – o deyib.

İdmançı təslim olmayacağını, mübarizə aparacağını vurğulayıb:

“Buna nail olmaq üçün səy göstərməli, inadla çalışmalı və istəkli olmalıyam. Təslim olmayacağam, mübarizə aparmağa davam edəcəyəm”.

O, öz şansını gözləyəcəyini, komandasına bacardığı qədər yardımçı olacağına söz verib:

“Nə vaxt lazım olsam, şansımı gözləyirəm. Mövsümün əvvəlində zədələndiyimə görə kənarda qaldım. Dərhal meydana çıxıb oynamağı gözləmirəm, lakin komandama bacardığım qədər kömək etmək istəyirəm. Məqsədim kömək və əlimdən gələni etməkdir”.

Qeyd edək ki, Harvi Elliot 2019-cu ildə “Fulhem”dən “Liverpul”a keçib. O, əsas komandada 16 yaşında debüt edərək klubun tarixində bunu bacaran ən gənc oyunçulardan biri olub.


Вернуться назад