Главная > İdman > Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib
Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib11-12-2024, 14:55. Разместил: azadses |
Braziliya millisinin sabiq futbolçusu Fabio Roşembak 43 yaşını qeyd etdiyi gün futbol karyerasını bərpa edib. Oxu.Az "Dailystar"a istinadən xəbər verir ki, yarımmüdafiəçi Braziliyanın regional liqasında mübarizə aparan "Guarani de Şaşim" klubu ilə qısamüddətli müqavilə imzalayıb. Roşembak yeni komandası ilə debüt matçına çıxaraq 3:2 hesablı qələbəyə sevinib. Qeyd edək ki, futbolçu 2014-cü ildə karyerasını başa vurduqdan sonra qalmaqallarla gündəmə gəlib. O, xoruz döyüşlərində iştirak ittihamı ilə həbs edilmişdi. 2017-ci ildə Braziliya polisi onun Riu-Qrandi-du-Sul ştatında yerləşən fermasına basqın edərək, 89 xoruz və 100 min dollardan çox nağd pul ələ keçirmişdi. Futbolçu karyerası ərzində "Barselona" (İspaniya), "Midlsbro" (İngiltərə) və "Sportinq" (Portuqaliya) klublarında çıxış edib. Braziliya yığmasının heyətində isə 7 oyun keçirib. Вернуться назад |