Главная > İdman > UEFA Çempionlar Liqası: Bu gün VI turun 9 oyunu keçirilib
UEFA Çempionlar Liqası: Bu gün VI turun 9 oyunu keçirilib11-12-2024, 09:44. Разместил: azadses |
UEFA Çempionlar Liqasında bu gün VI tura start verilib. “Report”un məlumatına görə, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub. İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya) öhdəsindən gələrək faktiki olaraq 1/8 finala vəsiqə qazanmağa yaxınlaşıb, “İnter” (İtaliya) isə Almaniyadan xalsız qayıdıb. İspaniya təmsilçisi “Real” İtaliyada “Atalanta” ilə oyunda çətin qələbə qazanıb. Liqa mərhələsinin turnir cədvəlinə 18 xalla "Liverpul" başçılıq edir. UEFA Çempionlar Liqası Liqa mərhələsi VI tur 10 dekabr 21:45. “Dinamo” (Xorvatiya) – “Seltik” (Şotlandiya) 0:0 21:45. “Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə) 0:1 00:00. “Leyptsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 2:3 00:00. “Bayer 04” (Almaniya) – “İnter” (İtaliya) 1:0 00:00. “Atalanta” (İtaliya) – “Real” (İspaniya) 2:3 00:00. “Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya) 2:1 00:00. “Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya) 1:5 00:00. “Zaltsburq” (Avstriya) – PSJ (Fransa) 0:3 00:00. “Brest” (Fransa) – PSV (Niderland) 1:0 Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək. Вернуться назад |