Главная > İdman > "Qızıl top"un 68-ci mükafatlandırma mərasimi Messisiz və Ronaldusuz keçiriləcək

"Qızıl top"un 68-ci mükafatlandırma mərasimi Messisiz və Ronaldusuz keçiriləcək


Bu gün, 08:00. Разместил: azadses
Bu gün Fransanın "France Football" jurnalının versiyasına əsasən, 2023/24-cü illər mövsümünün yekunlarına görə dünyanın ən yaxşı futbolçusu üçün "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir Parisdə "Şatle" Teatrında baş tutacaq və Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

İlk dəfə olaraq "Qızıl top" Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə birgə təqdim olunacaq. 2010-2015-ci illərdə mükafat Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə birlikdə “France Football” jurnalı tərəfindən təqdim edilib. Mükafat 2016-cı ildən nəşrin və FIFA-nın versiyasına görə verilir. FIFA-nın versiyasına görə ən yaxşı oyunçu mükafatı 1991-2009-cu illərdə də verilib.

2023-cü ildə "Qızıl top"un sahibi ABŞ-nin "İnter Mayami " klubunun argentinalı hücumçusu Lionel Messi olub.

2003-cü ildən ilk dəfə olaraq mükafat uğrunda namizədlər siyahısında nə Lionel Messi, nə də beş dəfə mükafat sahibi, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu var.

2024-cü ildə namizədlər siyahısına 30 futbolçu daxil edilib: argentinalılar Emiliano Martines, Lautaro Martines, ispanlar Niko Uilyams, Dani Olmo, Lamin Yamal, Alexandro Qrimaldo, Rodri, Daniel Karvaxal, ingilislər Koul Palmer, Harri Keyn, Bukayo Saka, Deklan Rays, Fil Foden, Cud Bellinqem, portuqaliyalılar Vitinya, Ruben Diaş, nigeriyalı Ademola Lukman və digərləri.


Вернуться назад