Главная > İdman > "Yuventus" Pol Poqbanı qovmaq istəyir

"Yuventus" Pol Poqbanı qovmaq istəyir


29-09-2024, 17:12. Разместил: azadses
"Yuventus" daha əvvəl dopinqə görə cəzalanan yarımmüdafiəçisi Pol Poqbanın müqaviləsini ləğv edə bilər.

Oxu.Az xəbər verir ki, Turin klubunun rəhbərliyi fransalı ilə yollarını ayırmaq niyyətindədir.

Onlar Poqbanın diskvalifikasiyasının ləğv olunmayacağına inanırlar. Polun "Yuventus"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, ötən ilin avqustunda Poqbanın dopinq testi müsbət nəticə verib. Bu ilin fevralında məhkəmə idmançının 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. O, apelyasiyaya müraciət edib.

Pol Poqba
Yuventus

Вернуться назад