Главная > İdman > "Yuventus"un keçmiş qapıçısı "Barselona"ya pulsuz keçir

"Yuventus"un keçmiş qapıçısı "Barselona"ya pulsuz keçir


Dünən, 15:29. Разместил: azadses
"Yuventus"un keçmiş qapıçısı Voyçex Şesnı pulsuz olaraq "Barselona"ya keçir.

Oxu.Az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Məlumata görə, avqustda karyerasını başa vuran polşalı qolkiper Kataloniya klubundan dəvət aldıqdan sonra futbola qayıtmaq qərarına gəlib.

Ciddi zədə səbəbindən mövsümün qalan hissəsində Mark-Andre ter Ştegeni itirən "Barselona" almaniyalının yerinə 34 yaşlı polyakla müqavilə bağlamaq qərarına gəlib.

Qeyd edək ki, "Yuventus"un sabiq qapıçısı "Barselona" ilə müqavilə danışıqları apardığı haqda məlumatı təsdiqləyib.

Şesnı 2017-ci ildə "Arsenal"dan "Yuventus"a keçib və Turin klubunun heyətində 252 oyun keçirib, üç dəfə A Seriyasını və üç İtaliya kubokunu qazanıb. Yayda o, klubdan ayrıldıqdan sonra azad agent olub və karyerasını başa vurduğunu açıqlayıb.


Вернуться назад