Главная > İdman > Fransada Milli Assambleya Makronun impiçmentinə dair qətnaməni müzakirə edəcək

Fransada Milli Assambleya Makronun impiçmentinə dair qətnaməni müzakirə edəcək


Bu gün, 10:29. Разместил: azadses
Çərşənbə axşamı, sentyabrın 18-də Fransa Milli Assambleyası, parlamentin aşağı palatası, solçu “İtaətsiz Fransa” partiyasının təklif etdiyi prezident Emmanuel Makronun impiçmenti barədə qətnaməni müzakirə edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, təşəbbüs solçuların koalisiyasının parlament seçkilərində uğur qazanmasına baxmayaraq, Makron tərəfindən onların nümayəndələrinin yeni hökumətdən kənarlaşdırılmasından sonra ortaya çıxıb.

Sənəd Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hazırlanıb. Maddə prezidentin vəzifələrini pozduğu təqdirdə ali postdan kənarlaşdırılmasına imkan verir. Qətnaməni “Yeni Xalq Cəbhəsi” blokundan 81 deputat, o cümlədən “Ram edilməz Fransa”nın 72 nümayəndəsi, həmçinin “Yaşıllar” və “Sol Demokratlar və Respublikaçılar” qrupunun bəzi deputatları dəstəkləyib.

Qeyd olunub ki, 22 üzvdən ibarət (12-si solçudur – Qeyd) aşağı palatanın ən yüksək kollegial orqanı olan Büro qətnamənin qəbul edilib-edilməməsinə qərar verməlidir.

Lakin sosialistlər “Ram edilməz Fransa” solçu partiyasının qurucusu Jan-Lük Melanşonun təşəbbüsünü dəstəkləməkdən imtina ediblər və eks-prezident və hazırda deputat olan Fransua Olland, eləcə də “Yaşıllar”ın lideri Marin Tondelye buna qarşı çıxıblar.

Qətnamə bu mərhələdən keçərsə, o, solçuların cəmi 24 mandata malik olduğu 73 deputatdan ibarət qanunvericilik komitəsi tərəfindən təsdiqlənməlidir. Bundan sonra iki həftə ərzində Milli Assambleyanın üçdə ikisi (385 deputat) sənədə səs verməlidir.

Analoji prosedurlar solların çoxluğa malik olmadığı Senatda da keçməlidir. Senat qətnaməni (232 səs) təsdiq edərsə, hər iki palata birgə iclasda toplanacaq və qərar qəbul etmək üçün 925 parlamentaridən 617-si onu dəstəkləməlidir.

Səsvermə uğurlu olarsa, prezident dərhal vəzifəsindən uzaqlaşdırılacaq. Qeyd edək ki, bu ayın əvvəli Parisin Bastiliya meydanına toplaşan minlərlə etirazçı Fransa Prezidenti Emmanuel Makronun siyasəti ilə razılaşmadığını bildirib və onun istefasını tələb ediblər.
Вернуться назад