Главная > İdman > Avropa çempionu olan Azərbaycanın gənc cüdoçuları ölkəyə dönüblər

Avropa çempionu olan Azərbaycanın gənc cüdoçuları ölkəyə dönüblər


Dünən, 13:02. Разместил: azadses
Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa çempionatında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançıları vətənə qayıdıblar.

“Report” xəbər verir ki, idmançıları daşıyan təyyarə 05:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Cüdoçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışının qalibi olublar. Milli üzvləri 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq Avropa çempionatında ümumi hesabında da birinci yeri tutub.


Вернуться назад