Главная > İdman > UEFA Millətlər Liqası: Uels yığması 10 nəfər qalan Türkiyə millisini məğlub edə bilmədi

UEFA Millətlər Liqası: Uels yığması 10 nəfər qalan Türkiyə millisini məğlub edə bilmədi


7-09-2024, 14:53. Разместил: azadses
Millətlər Liqasının B Liqasının 4-cü qrupunda Uels və Türkiyə milli komandalarının qarşılaşdığı 1-ci turun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun "Kardiff Siti" stadionundada baş tutub. Görüşün baş hakimi qismində Rohit Saqqi çıxış edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

62-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Barış Alper Yılmaz ikinci sarı vərəqə alaraq meydandan qovulub.

1-ci turdan sonra bir xal toplayan Uels komandası B Liqasının 4-cü qrupunda üçüncü pillədə qərarlaşıb. Türkiyə isə bir xal qazanaraq ikinci pillədə yer alıb. Üç xalı olan dördlüyə daha əvvəl Monteneqronu 2:0 hesabı ilə məğlub edən İslandiya komandası başçılıq edir. Monteneqro millisi dördüncü yerdədir.

UEFA Millətlər Liqasının keçənilki qalibi İspaniya millisidir.


Вернуться назад