Главная > İdman > "Qalatasaray" bu dəfə "Mançester Yunayted"in futbolçusunu transfer etmək qərarına gəlib

"Qalatasaray" bu dəfə "Mançester Yunayted"in futbolçusunu transfer etmək qərarına gəlib


5-09-2024, 16:20. Разместил: azadses
Türkiyə nəhəngi "Qalatasaray" İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kazemironu heyətinə qatmaq istəyir.

Oxu.Az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" "Mançester Yunayted"in müdafiəçisi Kazemironu icarə əsasında transfer etmək istəsələr də, futbolçunun yüksək maaş tələbi transferin gecikməsinə səbəb olub.

Kazemiro "Qalatasaray" rəsmilərindən birillik icarə üçün 3 milyon avro tələb edib.

Qeyd edək ki, Kazemiro 2023/24 mövsümündə "Mançester Yunayted" forması ilə çıxdığı 32 oyunda beş qol, üç assistlə yadda qalıb.


Вернуться назад