Главная > İdman > "Fənərbağça" Sofyan Amrabat üçün 12 milyon avro təklif edib

"Fənərbağça" Sofyan Amrabat üçün 12 milyon avro təklif edib


28-08-2024, 17:10. Разместил: azadses
Türkiyənin "Fənərbağça" klubu "Fiorentina"nın futbolçusu Sofyan Amrabat üçün 12 milyon avro təklif edib.

Oxu.Az xəbər verir ki, ötən mövsüm "Mançester Yunayted"də icarə əsasında çıxış edən Sofyan Amrabat yenidən "Fiorentina"ya qayıdıb.

"Fiorentina" ilə müqaviləsi 2025-ci ildə başa çatacaq futbolçunun transfer dəyəri 22 milyon avro göstərilsə də, "Fənərbağça" 12 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, "Fiorentina" rəsmiləri Sofyan Amrabatın "Fənərbağça"ya keçidinə razılıq vermək niyyətindədirlər.


Вернуться назад