Главная > İdman > "Qəbələ"dən transfer bombası: Lauren Mendi ilə müqavilə imzalandı

"Qəbələ"dən transfer bombası: Lauren Mendi ilə müqavilə imzalandı


24-08-2024, 18:09. Разместил: azadses
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu əlavə edib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "qırmızı-qaralar" Lauren Mendinin transferini rəsmiləşdirib.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Seneqallı futbolçu bundan əvvəl Belçikanın "Antverpen", Lüksemburqun "Düdelanj", Fransanın "Rasinq Besançon", Çinin "Jianqxi Luşan" klublarında çıxış edib.


Вернуться назад