Главная > İdman > "Lion" bütün oyunçularını satışa çıxarıb

"Lion" bütün oyunçularını satışa çıxarıb


23-08-2024, 16:17. Разместил: azadses
Fransanın "Lion" klubu maliyyə problemlərinə görə bütün oyunçularını satışa çıxarıb.

Oxu.Az bu barədə "L'Equipe"ə istinadən xəbər verir.

Fransa komandasının rəhbərliyi bütün oyunçulara və onların agentlərinə yaxşı təklif gələcəyi təqdirdə onların satıla biləcəyi barədə məktub göndərib. Avropa klubları da oxşar bəyanatlar alıb.

Futbolçuların satışı komandanın üzləşdiyi maliyyə problemləri ilə bağlıdır. Bundan əvvəl Fransa klublarının maliyyə monitorinqinə cavabdeh olan qurum qərar vermişdi ki, "Lion" yay transfer pəncərəsinin sonuna kimi futbolçuların satışından 100 milyon avro qazanmalıdır. Sövdələşmənin həyata keçiriləcəyi son gün avqustun 31-dir, yəni klubun qərarı icra etmək üçün iki həftədən az vaxtı qalıb.

Fransa yığmasının əsas heyətdə yer alan bütün futbolçularının ümumi qiyməti 261.5 milyon avrodur (təxminən 495.4 milyon manat). Fransa çempionatının ötən mövsümündə "Lion" turnir cədvəlində altıncı yeri tutub.


Вернуться назад