Главная > İdman > İngiltərə Premyer Liqasında tarixin ən yaxşı qapıçılarının siyahısı açıqlanıb

İngiltərə Premyer Liqasında tarixin ən yaxşı qapıçılarının siyahısı açıqlanıb


20-08-2024, 16:17. Разместил: azadses
Premyer Liqa tarixinin ən yaxşı qapıçıları siyahısında 20 qolkiperin adı qeyd olunub.

Oxu.Az xəbər verir ki, reytinqdə 20 qolkiper yer alıb. Birinci pillədə Petr Çex qərarlaşıb.

"Çelsi" və "Arsenal"da oynamış çexiyalı 443 matçda 367 qol buraxıb. Siyahıda Peter Şmeyxel ikinci, Devid Simen üçüncü sıradadır.

Qeyd edək ki, İngiltərə millisinin indiki qapıçısı Cordan Pikford 16-cıdır.

Xatırladaq ki, "Mançester Siti" klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib. Ən yaxşı müdafiəçi isə "Mançester Yunayted" klubunun keçmiş futbolçusu Rio Ferdinand olub.


Вернуться назад