Главная > İdman > "Mançester Yunayted" çempionatın ilk turunun matçında "Fulhem"ə qalib gəlib

"Mançester Yunayted" çempionatın ilk turunun matçında "Fulhem"ə qalib gəlib


17-08-2024, 08:53. Разместил: azadses
"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının ilk turunun matçında "Fulhem" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

"Report" xəbər verir ki, görüş Mançesterdə baş tutub.

"Qırmızı şeytanlar" İngiltərə klubunda debüt matçına çıxan niderlandlı Coşua Zirkze ilə 87-ci dəqiqədə fərqlənib.

Növbəti mərhələdə "Mançester Yunayted" "Brayton"u, "Fulhem" isə "Lester"i qəbul edəcək. Hər iki görüş avqustun 24-də keçiriləcək.


Вернуться назад