Главная > İdman > Paris-2024: Tom Kruz Olimpiadanın bağlanış mərasimində təhlükəli fənd həyata keçirəcək

Paris-2024: Tom Kruz Olimpiadanın bağlanış mərasimində təhlükəli fənd həyata keçirəcək


9-08-2024, 18:00. Разместил: azadses
Məşhur Hollivud aktyoru Tom Kruz Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimində "Mümkünsüz missiya" filminin üslubunda təhlükəli fənd həyata keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

62 yaşlı aktyor əlində Olimpiya bayrağı ilə "Stade de France"ın damından arena sahəsinə enəcək. Bundan əvvəl, Kruzun bayraqla Atlantik Okeanı üzərindən təyyarədə uçduğu əks olunan əvvəlcədən çəkilmiş qısa video nümayiş etdiriləcək.

"Olimpiada heyrətamizdir. Əla hekayələr, dahi idmançılar. İdmançıların yarışlarda etdikləri inanılmazdır. Onlarda borcun yerinə yetirilməsi hissi var", - "The Sun" aktyorun sözlərini sitat gətirib.

Xatırladaq ki, daha əvvəl o, 2004-cü ildə Afinada (Yunanıstan) keçirilən Olimpiya məşəli estafetinin iştirakçısı olub.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimi avqustun 11-i bazar günü keçiriləcək.


Вернуться назад