Главная > İdman > UEFA Konfrans Liqası: "Sabah" səfər matçından məğlub ayrılıb - YENİLƏNİB - 4

UEFA Konfrans Liqası: "Sabah" səfər matçından məğlub ayrılıb - YENİLƏNİB - 4


9-08-2024, 11:17. Разместил: azadses
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Sabah" səfərdə İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

"Report" xəbər verir ki, "Tallqat" stadionundakı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmada yeganə qolu 35-ci dəqiqədə Romal Palmer təmsilçimizin qapısından keçirib.

Qeyd edək ki, "Sabah" və "Sent Patriks Atletik"arasındakı cavab qarşılaşması avqustun 15-i "Bank Respublika Arena"da reallaşacaq.

23:48
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Sent Patriks Atletik" (İrlandiya) - "Sabah" görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, "Tallqat" stadionundakı matçda meydan sahibləri hesabda öndədirlər - 1:0.

35-ci dəqiqədə Romal Palmer fərqlənib.

23:31
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Sent Patriks Atletik" (İrlandiya) - "Sabah" görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, "Tallqat" stadionundakı matçda meydan sahibləri hesabda öndədirlər - 1:0.

35-ci dəqiqədə Romal Palmer fərqlənib.

23:21
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Sent Patriks Atletik" (İrlandiya) - "Sabah" görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, "Tallqat" stadionundakı matçda meydan sahibləri hesabda önə keçib - 1:0.

35-ci dəqiqədə Romal Palmer fərqlənib.

22:45
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Sent Patriks Atletik" (İrlandiya) - "Sabah" görüşü start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma "Tallqat" stadionunda keçirilir.

Oyunu islandiyalı baş hakim Vilhyalmur Torarinsson idarə edir.


Вернуться назад