Главная > İdman > Olimpiadanın futbol yarışının hər iki finalçısı bəlli olub - YENİLƏNİB

Olimpiadanın futbol yarışının hər iki finalçısı bəlli olub - YENİLƏNİB


6-08-2024, 09:41. Разместил: azadses
Fransa milli futbol komandası Parisdə keçirilən Olimpiya Oyunlarının yarımfinal görüşündə Misir yığmasını məğlub edərək finala yüksəlib və burada İspaniya yığması ilə qarşılaşacaq.

“Report” xəbər verir ki, oyun əlavə vaxtda 3:1 hesabı ilə başa çatıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Misir yığmasının yarımmüdafiəçisi Mahmud Sabir 62-ci dəqiqədə, fransalı Jan-Filip Mateta isə 83-cü dəqiqədə hesabı bərabərləşdirib. Əlavə vaxtda Fransanın heyətində Mateta (99-cu dəqiqə) və Mixael Olise (108-ci dəqiqə) fərqlənib.

Finalda fransızlar yarımfinalda Mərakeş yığmasını məğlub edən (2:1) İspaniya yığması ilə üz-üzə gələcək.

22:23
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol yarışında ilk finalçı bəlli olub.

"Report" xəbər verir ki, yarımfinalda Mərakeş yığmasına 2:1 hesabı ilə qalib gələn İspaniya turnirin həlledici mərhələsinə vəsiqə əldə edib.

Pireneylilərin heyətində "Barselona"dan Fermin Lopes və "Sevilya"da çıxış edən Xuanlo Sançes fərqlənib.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibi Fransa - Misir matçının qalibi olacaq.


Вернуться назад