Главная > İdman > Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı və basketbol millisi çıxış edəcək

Paris-2024: Bu gün Azərbaycanın üç idmançısı və basketbol millisi çıxış edəcək


2-08-2024, 17:00. Разместил: azadses
Bu gün Azərbaycanın üç idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

"Report"un məlumatına görə, 3x3 basketbol yığması 5-ci matçında Avstraliya, daha sonra Çin komandası ilə üz-üzə gələcək.

100 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçu Uşanqi Kokauri 1/16 final mərhələsində Rafael Silvanın (Braziliya) müqavimətini qırmağa çalışacaq.

Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova təsnifat mərhələsində bacarığını göstərəcək.

Boksçu Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Qazaxıstandan olan Nurbek Oralbayla döyüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.


Вернуться назад