Главная > İdman > Avropa Liqası: "Zirə" bu gün "Şerif"lə üz-üzə gələcək

Avropa Liqası: "Zirə" bu gün "Şerif"lə üz-üzə gələcək


11-07-2024, 16:19. Разместил: azadses
"Zirə" bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin I təsnifat mərhələsi çərçivəsində Moldovada "Şerif"in qonağı olacaq.

Tiraspol şəhərindəki "Şerif Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


Вернуться назад