Главная > İdman > Türkiyə millisinin baş məşqçisi: Belə turnirlərdə hesablama aparmaq lazım deyil

Türkiyə millisinin baş məşqçisi: Belə turnirlərdə hesablama aparmaq lazım deyil


27-06-2024, 08:54. Разместил: azadses
Belə turnirlərdə hesablama aparmaq lazım deyil. Nə qədər irəliləyirsinizsə, yaxşı rəqiblər gəlir.

"Report" "Fanatik"ə istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Çexiyaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

İtalyan mütəxəssis bundan sonra daha fərqli yarış başladığını söyləyib: "Bu uğura görə, çox şadam. Hamımız çox xoşbəxtik. Avstriyanı tanıyırıq. Hər kəsin belə revanş ruhuna sahib olması məni sevindirir. Mən də buna varam. Ancaq indidən sonra kim gəlirsə gəlsin fərq etməz. Komanda çox yaxşı oyun keçirdi. Xüsusən də fiziki cəhətdən mükəmməl ididlər. Sona qədər mübarizə aparmayan futbolçu tapa bilməzsiniz. Sona qədər döyüşən komandamız var. Yaxşı hazırlaşacağıq. Bundan sonra daha fərqli yarış başlayır".

Qeyd edək ki, f qrupunda baş tutan Çexiya - Türkiyə matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. Çexiya isə sonuncu pilləni tutaraq Avropa çempionatında mübarizəni dayandırıb.


Вернуться назад