Главная > İdman > Albaniya millisinin baş məşqçisi: Altı ay əvvəl çoxları dörd və ya beş qol buraxacağımızı düşünürdülər
Albaniya millisinin baş məşqçisi: Altı ay əvvəl çoxları dörd və ya beş qol buraxacağımızı düşünürdülər25-06-2024, 09:41. Разместил: azadses |
Altı ay əvvəl çoxları dörd və ya beş qol buraxacağımızı düşünürdülər. "Report" xəbər verir ki, bunu Albaniya millisinin baş məşqçisi Silvinyo İtaliya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib. Braziliyalı mütəxəssis AVRO-2024-ün oyunları boyunca onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Bütün futbolçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. İspaniya ilə oyun asan olmadı. Altı ay əvvəl çoxları dörd və ya beş qol buraxacağımızı düşünürdülər. Lakin bu günkü reallıq başqa cürdür. Bizim çox sayda yaxşı gənc futbolçularımız var. Hər biri Albaniya futbolu üçün gələcək vəd edir". Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində Albaniya İspaniya millisinə məğlub olub - 0:1. Bu nəticədən sonra Albaniya seçməsi yer aldığı B qrupunu 1 xalla sonuncu sırada tamamlayıb. Вернуться назад |